“Cəfər Cabbarlı“ stansiyasının birinci yolu sabah açılacaq

“Cəfər Cabbarlı“ stansiyasının birinci yolu sabah açılacaq backend

Metronun "Cəfər Cabbarlı" stansiyasının təmir-bərpa işləri ilə əlaqədar dekabrın 7-dən bağlanılan birinci yolu sabah açılacaq.


"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, stansiyanın birinci yolu 2 həftəlik bağlansa da, təmir-bərpa işləri vaxtından qabaq başa çatıb.