Elvin Məmmədov götürdüyü kreditin son hissəsini ödəyib və bildiriş almaq istəyib.
Qaziler.az-ın məlumatına görə, Xezerxeber.az məlumat verir ki, bankdan aralarındakı müqaviləyə xitam verildiyini əks etdirən bildirişin ona verilməsi üçün əlavə pul tələb olunub.O, bankın 10 manatı qanundan kənar tələb etdiyini deyir. Kreditdən qazandığı məbləğ bir kənara, müştəri məmnuniyyətini də unudan bankın, onun haqqlarını tapdaladığını söyləyir.
Mütəxəssislər, qanunla banka bu səlahiyyətlərin verildiyini bildirirlər.
Bank, müştəridən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirildiyini sübut edən məktub, arayış və bildirişlərin verilməsi üçün xidməthaqqı tələb edilə bilər. Hesabdan çıxarışın əldə edilməsi isə ödənişsiz həyata keçirilir.
Kredit götürən xoşagəlməz hallarda bu çıxarışdan istifadə edərək öz hüquqlarını subuta yetirə bilər. Bankla aralarındakı müqaviləyə xitam verilib-verilmədiyini sübut etməyin digər üsulu da var.
Bu məlumat əsasında bankın, Mərkəzi Reyest Xidmətinə məlumatın ötürülüb-ötürülmədiyini aydınlaşdırmaq mümkündür.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: