Jurnalist təşkilatı Sumqayıtda multikultural dəyərləri təbliğ edib

Jurnalist təşkilatı Sumqayıtda multikultural dəyərləri təbliğ edib backend

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyi Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyilə bu gün Sumqayıt Dövlət Texniki Kollecində “Azərbaycan multikulturalizminin mediada təbliği” adlı tədbir keçirib. Tədbirdə yerli icra hakimiyyətinin nümayəndələri, QHT təmsilçiləri, jurnalistlər və tələbələr iştirak ediblər.

Qaziler.az bildirir ki, Sumqayıt şəhər İcra hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fərman Kazımov dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasındakı əməkdaşlığı yüksək qiymətləndirib. Müdir müavini deyib ki, hər bir Azərbaycan vətəndaşının başlıca vəzifəsi yad ideologiyaların ölkəmizə ayaq açmasının qarşısını almaqdır. “Təqdirəlayiq haldır ki, QHT-lər bu prosesdə öncülülk edirlər”, - deyə F.Kazımov bildirib.

“Jurnalist Araşdırmaları Mərkəzi” İctimai Birliyinin sədri Seymur Verdizadə deyib ki, bu cür tədbirlərin keçirilməsində məqsəd ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin inkişafına töhfə verməkdir. S.Verdizadə bildirib ki, Azərbaycan xalqı dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət-din münasibətlərinə həmişə həssas yanaşıb: “Bu isə bir daha sübut edir ki, tolerantlıq Azərbaycan xalqının ruhuna hopub”.

Tanınmış jurnalist Azərbaycan mətbuatının milli-mənəvi dəyərlərə, ölkəmizdə mövcud olan birgəyaşayış modelinə həmişə həssas yanaşdığını vurğulayıb. S.Verdizadə deyib ki, mətbuatın humanist ideyaların təbliğatçısına çevrilməsi ölkəmizdə hökm sürən sağlam mənəvi mühitin güclənməsinə təkan verir.

“Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin sədri Çingiz Bayramov multikiutural dəyərlərə bağlı olan cəmiyyətlərin qazandığı uğurlardan danışıb. Qeyd edib ki, Azərbaycan mədəniyyətlərin qovuşduğu məkanda yerləşdiyi üçün həmişə dinlər və svilizasiyalar arasında aparıcı rol oynayıb. “Azərbaycanda mövcud olan birgəyaşayış modeli təkcə Qafqaz xalqları deyil, bütövlükdə dünya üçün yaxşı nümunədir”, - deyə Ç.Bayramov bildirib.
Diaspora