Niderlandın “The Holland Times” jurnalının aprel buraxılışında Azərbaycanın Niderlanddakı səfiri Mir-Həmzə Efendiyevin Azərbaycan: imkanlar ölkəsi (Azerbaijan: countru of opportunities) başşlıqlı geniş müsahibəsi də dərc edilmiş, Bakı 2015 Birinci Avropa Oyunları geniş işıqlandırılmışdır.
Müsahibə zamanı səfir M Efendiyev jurnalist Nanda Jagusiakın Bakı 2015 Birinci Avropa Oyunları, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu, ölkəmizin iştirak etdiyi neft-qaz layihələri, Azərbaycanda innovaiyalar, turizm imkanları və s. barədə sualları cavablandırmışdır.Müsahibədə Azərbaycan və Niderland arasında ikitərəfli əlaqələrdən söz açan səfir M.Efendiyev bu əməkdaşlığın uğurla inkişaf etdiyini, son illərin qarşılıqlı səfər və görüşlərlə zəngin olduğunu bildirmişdir. 23 yanvar 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində Niderland Krallığının baş naziri cənab Mark Rutte ilə, 24-25 mart 2014-cü ildə Niderlanda işgüzar səfər edərək Haaqa şəhərində keçirilmiş III Nüvə Təhlükəsizliyi Sammiti çərçivəsində Kral Villem-Aleksandr eləcə də Niderlandın digər rəhbər şəxslərilə görüşlər keçirmişdir.
İki ölkənin Xarici İşlər Nazirlərinin, müxtəlif sahələrdə yüksək vəzifəli şəxslərin qarşılıqlı səfərləri, son illərdə keçirilən çoxsaylı biznes forumların nəticəsi olaraq, Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyinin verdiyi məlumata əsasən ölkəmizin qeyri-neft sektoruna yatırılmış birbaşa investisiyaların həcminə görə Niderlandın Türkiyə, Böyük Britaniya və ABŞ-dan sonra 4-cü yerdədir. Səfir eyni zamanda Niderand kapitalına malik 110-a yaxın şirkəti ölkəmizdə ticarət, xidmət, bank sektoru, sığorta, sənaye, nəqliyyat, rabitə və s. sahələrdə fəaliyyət göstərdiyini bildirmişdir. Onu demək kifayətdir ki, Səfirliyin konsulluq şöbəsinə Niderland vətəndaşları tərəfindən hər ay 200-250 müraciət daxil olur. Səfir o cümlədən cari ilin 23-24 aprel tarixlərində Maastrixt şəhərində hər iki ölkənin İqtisadiyyat Nazirlərinin iştirakı ilə keçiriləcək növbəti biznes forumdan söz açmışdır.
Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu, ölkəmizin iştirak etdiyi neft-qaz layihələri haqda sualı cavablandıran səfir M.Efendiyev, Azərbaycanın enerji təchizatı sahəsində Avropanın güvənilən tərəfdaşı olduğunu, buna Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində nail olunduğunu bildirmişdir. Sözügdən siyasətin reallaşdırılması “Əsrin müqaviləsinin” imzalanması ilə başlamış, bu isə öz növbəsində ölkədə yeni neft bumu və irimiqyaslı layihələrin əsasını qoymuşdur.
Bakı 2015 Birinci Avropa Oyunları ilə bağlı sualı cavablandıran səfir bildirmişdir ki, son illərdə Azərbaycan bir sıra dünya əhəmiyyətli tədbirlərə - Beynəlxalq Humanitar və Mədəniyyətlərarası Dialoq Forumlarına, dünya çempionatlarına, Qəbələ Beynəlxalq Musiqi Festivalı, Avroviziya 2012 kimi müsabiqələrə müvəffəqiyyətlə ev sahibliyi etmişdir. Bununla yanaşı tarixdə ilk Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixində Azərbaycanda təşkil olunacaqdır. Avropa Oyunları yeni idman müsabiqəsi formatı olmaqla qitənın müxtəlif idmançılarını bir araya gətirəcək. Bu tədbirə maraq qlobal səviyyədədir və Niderland Milli Olimpiya Komitəsi Bakı 2015 Oyunlarına tam ciddiyətlə yanaşır. Niderland tərəfi hətta 2019-cu ildə keçirilməsi planlaşdırılan ikinci Avropa Oyunlarına ev sahibliyinə maraq göstərir. Birinci Avropa Oyunlarına hökumət tərəfindən hərtərəfli dəstəyin verildiyini diqqətə çatdıran səfir M.Efendiyev, Azərbaycanın Birinci Xanımı və Bakı Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın Oyunların Əlaqələndirmə Komitəsinin ikinci sessiyasında qeyd etdiyi “Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı, Azərbaycan isə bu tarixin ilk səhifəsini yazan ölkə olacaqdır” sözlərini oxucuların diqqətinə çatdırmışdır.
Azərbaycanda həyata keçirilən innovativ layihələrlə bağlı, Səfir M.Efendiyev sözügedən sahənin ölkəmiz üçün prioritet istiqamət olduğunu bildirmiş, Azerspace 1 peyki, Regional İnnovasiya Zonaları, və yüksək, uğurlu nümunə kimi ASAN xidmətin fəaliyyətindən söz açmışdır
Azərbaycanın turizm potensialı ilə bağlı suala gəlincə, Səfir, ölkəmizin uğurlu coğrafi mövqeyini, iqlim və təbii şəraitini vurğulayaraq, Azərbaycanın turizm imkanları, Şahdağ qış-yay turizm kompleksi, eləcə də müxtəlif turlardan söz açmış, niderlandlı turistlərin ölkəmizdə daha çox eko-turizmə maraq göstərdiyini bildirmişdir. O, həmçinin qeyd etmişdir ki, Azərbaycanın Birinci Avropa Oyunları, 2016-cı ildə Formula 1 yarışması, Avro 2020-nin müxtəlif oyunlarına ev sahibliyi etməsi ölkəmizdə turizmə olan böyük marağı daha da artıracaq və turizmin inkişafına təsir edəcəkdir.
Jurnalın digər səhifəsində“Avropa Oyunları Yaxınlaşır, bu yay ilk Avropa Oyunları gözəl Bakıda, Azərbaycanda keçiriləcək” (The European Games are Coming This summer the very first European Games will be held in beautiful Baku, Azerbaijan) başlığı altında muxbir John Mahnenin “Öncədən baxış: Azərbaycanda Avropa Oyunları”(Preview: European Games in Baku) adlı iri məqaləsi çap olunmuşdur. Müəllif ilk əvvəl Olimpiya hərəkatının tarixçəsinə toxunaraq, daha sonra isə 8 dekabr 2012-ci il il tarixində Roma şəhərində Avropa Olimpiya Komitəsi Baş Assambleyasının iclası zamanı Avropa Oyunları formatına start verildiyini qeyd edir. Oyunlarda 30 müxtəlif növdə 50 avropa ölkəsindən idmançıların iştirakı gözlənilir. Daha sonra Bakı 2015 çərçivəsində baş tutacaq əsas idman yarışmaları barədə məlumat verilir. Bununla yanaşı John Mahnen Azərbaycanın biznes və turizm üçün açıq olduğunu, Bakının artıq Avrovizia 2012 müsabiqəsinə ev sahibliyi etdiyini, Avro 2020 futbol çempionatının seçim qurplarının oyunlarının eləcə də bir yarımfinalın, 2017-ci il İslam Həmryəlik Oyunlarının Bakıda keçiriləcəyini vurğulamışdır.
Onun sözlərinə görə, Avropa Oyunları kimi tədbirlər ölkədə uzunmüddətli pozitiv effektə səbəb olur. Bu səbəbdən 2015 Oyunları Akademiyası təsis olunmuş, qurum sözügedən oyunları yüksək səviyyədə təşkili üçün gərəkli bilik və bacarıqların ötürülməsi məsədi daşıyan innovativ tədris proqramı təkklif edir. Heç şübhəsiz bu proqram Azərbaycanda keçiriləcək digər tədbirlərə də öz müsbət töhfəsini verəcək. Məqalədə qeyd olunur ki, Oyunlara az vaxt qalmağına baxmayaraq əsas hazırlıqlar artıq yekunlaşdırılmışdır. “Geriyə sayım artıq başlanmış və biz Xəzər dənizinin sahilindəki küləkli şəhərdə Oyunların açılış mərasimini gözləyirik” deyə müəllif məqaləni yekunkaşdırır. Jurnalda həmçinin Bakının müxtəlif mənzərələri əksini tapmışdır.