Səyyah Hüseyn Məmmədov Qubanın dəniz səviyyəsindən 2 200 metr yüksəklikdə yerləşən Qırız kəndində olub. QAZİLER.AZ AzərTac-a istinadən xəbər verir ki, bu ucqar dağ kəndi Ağ dağın ətəyində, Qudyalçayın sahilində yerləşir. Kəndin ətrafında bir necə bulaq, şəlalə, mağara var.
Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir.Səyyahın kənddən çəkdiyi fotoları təqdim edirik: