Zəlzələdən sonra İsmayıllıda vəziyyət necədir?

Zəlzələdən sonra İsmayıllıda vəziyyət necədir? backend

"Bu gün İsmayıllı rayonunda iki dəfə baş verən zəlzələ zamanı hər hansı problem yaranmayıb”. Bu barədə BakiPost.az-a açıqlamasında icra başçısının birinci müavini, rayonun fövqəladə hallar komissiyasının sədri Rövşən Ağayev məlumat verib. Onun sözlərinə görə, zəlzələ yaşayış məntəqələrində cüzi hiss olunub: "Zəlzələ əsasən İsmayıllının dağlıq ərazilərində baş verib. Yəni Pirqulu kəndindən 15 km şimal-qərbdə Baba dağda olub. Bu səbəbdən zəlzələ yaşayış məntəqələrində cüzi hiss olunub. Hazırda heç bir problem yoxdur”.

Rövşən Ağayev qeyd edib ki, zəlzələ zamanı rayonda heç bir dağıntı müşahidə olunmayıb.

Qeyd edək ki, bu gün İsmayıllıda ikinci zəlzələ baş verib. Maqnitudası 4.5, dərinliyi 9 km olan zəlzələ episentrdə 4 bal və yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.