İntellektual müsabiqənin final mərhələsində yarışacaq tələbə komandaları məlum oldu

İntellektual müsabiqənin final mərhələsində yarışacaq tələbə komandaları məlum oldu backend

Dekabrın 10-da Xəzər Universitetinin akt zalında “Elm şənliyi” layihəsi çərçivəsində Qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə intellektual müsabiqəsinin yarım final mərhələsi keçirildi.

Müsabiqənin Təşkilat Komitəsindən QAZİLER.AZ-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun, Misir Mədəniyyət və Təhsil əlaqələri Mərkəzinin, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun, Xəzər Universitetinin, Azərbaycan Arxeoloqlar Cəmiyyətinin dəstəyi və adı çəkilən müəssisələrin əməkdaşlarının təşəbbüsü ilə gerçəkləşdirildi.



Keçirilən müsabiqənin yarım final yarışında Azərbaycan Respublikasının yarışmada iştirak haqqı qazanan altı ali təhsil ocaqlarını təmsil edən tələbələrdən ibarət komandalar iştirak edirdi. Komandalar Qədim Şərq tarixi üzrə ümumilikdə 20-dək suala cavab verdilər.



Elmi yarışın nəticəsində müsabiqənin finalına respublikamızın dörd ali təhsil ocaqlarının (Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı Filialı) tələbə komandaları vəsiqə qazandılar. Dekabrın 23-də Xəzər Universitetinin Mərmər salonunda (Xəzər Universiteti, Məhsəi küç., 41, Neftçilər kampusu) saat 9:00-da “Elm şənliyi” tədbiri işinə başlayacaq, saat 14:00-da isə, layihə çərçivəsində Qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə intellektual müsabiqəsinin final mərhələsi keçiriləcəkdir.



Xatırldaq ki, “Elm şənliyi” layihəsi çərçivəsində Qədim Şərqin tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı üzrə intellektual müsabiqə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilməkdədir.



Müsabiqənin Təşkilat Komitəsi
https://www.facebook.com/scienceparty2016/
[email protected]