Ötən ay 31 nəfər qidadan zəhərlənib

Ötən ay 31 nəfər qidadan zəhərlənib backend

Noyabr ayı ərzində 26 qida zəhərlənməsi hadisəsi baş verib. Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev Lent.az-a açıqlamasında deyib ki, ümumilikdə 31 nəfər zərər çəkib.


İ.Abdullayevin sözlərinə görə, bundan başqa, ötən ay qeydə alınan 3 botulizm hadisəsi nəticəsində isə 9 nəfər zəhərlənib. Botulizm nəticəsində 1 nəfər dünyasını dəyişib.

İ.Abdullayev əlavə edib ki, 2016-cı ilin 11 ayında respublikada 573 qida zəhərlənməsi hadisəsi baş verib: “ Bu hadisələr nəticəsində 848 nəfər zərər çəkib. Yanvar-oktyabr aylarında 33 botulizm hadisəsi nəticəsində 46 zəhərlənmə qeydə alınıb. Bu müddətdə qida zəhərlənməsindən 2 nəfər ölüb”.