AMEA Fəlsəfə İnstitutunun əməkdaşı qandallandı

AMEA Fəlsəfə İnstitutunun əməkdaşı qandallandı backend

QAZİLER.AZ moderator.az-a istinadla xəbər verir ki, bu gün günorta saatlarında AMEA Fəlsəfə İnstitutunun Siyasi Nəzəriyyələr şöbəsinin elmi işçisi Ruşan Ruşanzadə hüquq-mühafizə orqanlarının əməkdaşı tərəfindən qandallanaraq aparılıb.


Hadisə şahidləri həbsi hansı qurumun həyata keçirdiyini bilməsələr də R. Ruşanzadənin mühafizə polisinin maşınında aparıldığını söyləyiblər.

Moderator.az-ın əməkdaşı adıçəkilən institutla əlaqə saxlayaraq həbsin səbəbi ilə maraqlanıb. Bəlli olub ki, əslində R. Ruşanzadə institutun bir əməkdaşı ilə aralarında yaranmış münaqişəyə görə polisə şikayət edib, amma iş elə gətirib ki, şikayət olunan tərəf daha diribaş tərpənərək onun polis maşınına basılaraq aparılmasına nail olublar.