Gömrükdə siqaret əməliyyatı

Gömrükdə siqaret əməliyyatı backend

Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana birlikdə piyada gələn 3 nəfərin yükləri yoxlanılıb. Komitənin mətbuat xidmətindən BakiPost.az-a verilən məlumata görə, Azərbaycan vətəndaşları özləri ilə gətirdikləri beş ədəd bağlamadan ibarət güldan yükünə sərnişin keçid xəttində "Heymann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib.


Baxış zamanı beş ədəd bağlamada olan 20 ədəd güldanın içərisindən, gömrük nəzarətindən gizlədilmiş, Azərbaycanın aksiz markası ilə markalanmayan, 23 800 ədəd "Mançester” markalı siqaretlər aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.