Beynəlxaq Avrasiya Mətbuat Fondunun sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavin Umud Rəhimoğlunun atası Rəhim Mirzəyev dekabrın 8-də doğma kəndi - Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndində torpağa tapşırılıb.
Mərhumun cənazə namazı Horadiz qəsəbəsindəki Seyid Əşrəf məscidində qılınıb.Bu barədə dəfndə iştirak edən Qaziler.az saytının baş redaktoru Rey Kərimoğlu məlumat verib. Onun bildirdiyinə görə, kənd təmas xəttində yerləşdiyinə görə ermənilər bir neçə dəfə dəfn prosesini pozmağa cəhd ediblər. Buna baxmayaraq mərhumun dəfni islam qaydalarına uyğun həyata keçirilib.
Rey Kərimoğlu onu da bildirib ki, Umud Rəhimoğlu dəfn prosesinin təhlükəsizliyini təmin edən əsgər və zabitlərə minnətdarlığını bildirib.
Qeyd edək ki, Umud Rəhimoğlunun atasının yas mərasimi dekabrın 10-da Bakıdakı Heydər məscidində keçiriləcək.
Allah rəhmət eləsin.
Qaziler.az