Prezident İlham Əliyev “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli qanununun tətbiqi və “Hərbi xidmət sahəsində bəzi medallarla təltif edilmə qaydası haqqında” 2004-cü il 25 iyun tarixli sərəncamında dəyişikliklər edilməsi barədə fərman verib.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, fərmana əsasən, “Azərbaycan Respublikasının “Şücaətə görə” medalı haqqında Əsasnamə” və “Şücaətə görə” medalının təsviri” təsdiq edilib.“Şücaətə görə” medalı təsis edildi - FƏRMAN

