Hava yolu ilə Bakıya gələn turistlərin şəhər mərkəzinə gediş-gəlişini asanlaşdırmaq üçün Bakı Nəqliyyat Agentliyinin (BNA) təşəbbüsü ilə istifadəyə verilən “Hava limanı” - “28 may” express xətt avtobusunun internet saytı yaradılıb.
Bu barədə BNA-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda deyilir ki, express xətt avtobusundan əsasən ölkəmizə səyahət edən xarici ölkə vətəndaşlarının istifadə etməsini nəzərə alaraq, Agentlik bu marşrut xətti ilə bağlı bütün məlumatları özündə əks etdirən internet resursu olan www.aeroexpress.az saytını istifadəyə verib.
Qeyd edək ki, BNA yaxın vaxtlarda paytaxtın ictimai nəqliyyat şəbəkəsi ilə bağlı məlumatları və elektron xidmətləri əhatə edən daha bir neçə internet saytı istifadəçilərə təqdim edəcək.