SOCAR-ın 172 əməkdaşı işdən çıxarılıb? - RƏSMİ AÇIQLAMA

SOCAR-ın 172 əməkdaşı işdən çıxarılıb? - RƏSMİ AÇIQLAMA backend

SOCAR-ın "Neftqaztikinti" trestinin 173 nəfər əməkdaşı işdən azad edilir. "APA-Economics" xəbər verir ki, bunu Neftçilər Hüquqlarının Müdafiəsi təşkilatının sədri Mirvari Qəhrəmanlı "Facebook" sosial şəbəkəsindəki hesabında bildirib. Hüquq müdafiəçisi bildirib ki, işçilər müqavilə vaxtının bitməsi ilə əlaqədar tutduğu vəzifədən uzaqlaşdırılır.


"APA-Economics"in əldə etdiyi məlumata görə, trestdə "Ernst&Young" audit şirkəti tərəfindən yoxlama aparılır. "Yoxlamaların nəticələrinə əsasən trestin əməkdaşları işdən azad olunur", - deyə mənbə bildirib.

Qeyd edək ki, trestin 3000-ə yaxın əməkdaşı var.

SOCAR-ın İnsan resursları departamentinin rəisi Asif Bəkirli isə "APA-Economics"ə açıqlamasında deyib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: "Mənə verilən məlumata görə, qeyd edilən say o qədər deyil və bu işçilər müvəqqəti layihələrdə işləyib, vaxtları bitənlərdir. Dəqiq məlumatı trestdən alıb, sizə təqdim edərik".