DTX daha bir “reket“ jurnalisti ifşa etdi — YENİLƏNİB

DTX daha bir “reket“ jurnalisti ifşa etdi — YENİLƏNİB backend

Əldə etdiyimiz son məlumata görə bu şəxs "Gündəlik Bakı" qəzetinin və eyniadlı saytın baş redaktoru Habil Vəliyevdir.

***

Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycan ərazisində “reket” jurnalist fəaliyyəti ilə məşğul olan daha bir baş redaktorun cinayət əməllərini ifşa edib.

Qaziler.az bildirir ki, “Ölkə.az”-ın əldə etdiyi məlumata görə, bununla bağlı DTX xüsusi əməliyyat keçirib.

Əməliyyat zamanı “reket” jurnalist fəaliyyəti ilə məşğul olaraq, ayrı-ayrı insanları hədələmək və şantaj etmək əməlləri ilə məşğul olan şəxs saxlanılıb. Bununla da saxlanılan baş redaktorun cinayət əməlləri ifşa edilib və qanunsuz fəaliyyətlərinin qarşısı alınıb.

Həbs olunan baş redaktorun kimliyi yaxın saatlarda açıqlanacaq.