Bakıda satışı qadağan edilən oyuncaqlar müsadirə edilib.
Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Qaradağ rayonu ərazisindəki ticarət mərkəzində səyyar ticarətlə məşğul olan Cavanqulu Məmmədovdan 10000 ədəd, Fərid Qəmbərovdan isə 6000 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.Araşdırma aparılır.