“Dondurulmuş münaqişələrin alovlanması davamlı inkişaf üçün başlıca təhdidlərdəndir“ - UMUD RƏHİMOĞLU

“Dondurulmuş münaqişələrin alovlanması davamlı inkişaf üçün başlıca təhdidlərdəndir“ - UMUD RƏHİMOĞLU backend

Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu: «Davam etməkdə olan və dondurulmuş münaqişələrin alovlanması davamlı inkişaf üçün başlıca təhdidlərdəndir.» Beynəlxalq Avrasiya Mətbuat Fondunun mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, Türkmənistanın paytaxtı Aşqabadda BMT-nin dəstəyi ilə “Dayanıqlı nəqliyyat sistemi qlobal konfransı” keçirilir. Tədbirdə BMT-nin baş katibi Pan Gi Mun, Əfqanıstan, Gürcüstan, Boliviya, Çernoqoriya, Avstriya dövlət başçıları və bir sıra beynəlxalq təşkilatların rəhbərləri iştirak ediblər.

BMT-nin İqtisadi-Sosial Şurasının əsas(general) məşvərətçi statuslu üzvü Beynəlxalq Avrasiya Mətbuat Fondu da bu qlobal konfransda təmsil olunub. Fondun sədri Umud Mirzəyev bu tədbirə qatılan xarici qonaqlarla görüşüb , bir çox xarici ekspertlərlə görüşüb.



Görüşlərdə BAMF sədrini təşkilatın Afrika qitəsi üzrə təmsilçisi, Yeniləşən və Səmərəli Enerji üçün Ərəb Platformasının rəhbəri Dr. Kamel Esseghairi də müşayət edib. Görüşlər zamanı nəqliyyat sahəsində əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə və inkişafına yönəlmiş ölkələr arasında nəqliyyatla bağlı bir sıra aktual məsələlər müzakirə edilib və onların həll yolları araşdırılıb. Ən vacib görüşlərdən biri BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin rəhbəri Alberto Padova ilə baş tutub. BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin ən yüksək statuslu üzvü olan BAMF-ın ən yüksək statuslu üzvlərin birgə şəbəkəsinin yaradılması ilə bağlı təklifini müsbət qiymətləndirən Padova bu sahədə istənilən dəstəyi göstərməyə hazır olduğunu bildirib.O, BAMF sədrinə bu sahədə göstərdiyi səylərini dəstəklədiyini və uğurlar arzu etdiyini bildirib. Cənab Mirzəyev tədbir çərçivəsində eyni zamanda aralarında məşhur Pakistanlı vətəndaş cəmiyyəti təmsilçiləri olan nümayəndə heyəti, Pakistanın Limanlar və Gəmiçilik naziri Dostan Xan Jamaldini , Qvineya Respublikasının BMT-dəki konsulu Alassane Konte , BMT regional inkişaf mərkəzinin direktoru Çikako Takaşe(Chikako Takase), BMT-nin baş katibinin İqtisadi və Sosial Şurası üzrə təmsilçisi Vu Honqbo( Wu Hongbo) və digər vacib qonaqlarla ətraflı müzakirələr aparıb. Görüşlərdə Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri haqqında geniş məlumat verən cənab Mirzəyev dünyanı narahat edən münaqişələrə də toxunub. BAMF sədri bildirib ki, bu gün dünyamız konfliktlər məngənəsində yaşayır. “Davam etməkdə olan və dondurulmuş münaqişələrin alovlanması davamlı inkişaf üçün başlıca təhdidlərdəndir. Qlobal kataklizmlərin geniş dağıdıcı təsiri nəinki davamlı inkişaf eləcə də bəşəri sülhün qorunması üçün ciddi təhlükəyə çevrilib”.



Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçilərinin belə beynəlxalq tədbirlərdə iştirakını yüksək qiymətləndirən BAMF sədri xüsusilə beynəlxalq məqsədləri olan yerli QHT-lərin BMT ilə birgə fəaliyyətinin zəruriliyindən söz açıb. Qeyd edək ki, bu qlobal konfrans BMT-nin Baş Məclisinin səmərəli nəqliyyat və transit koridorlarının yaradılması haqqında qəbul etdiyi qətnamə əsasında baş tutur. BAMF bu tədbirə beynəlxalq statuslu bir təşkilat olduğuna görə , Azərbaycandan yeganə təşkilat kimi dəvət olunub.



Diaspora