QAZİLER.AZ saytı xəbər verir ki, 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətiylə “Qarabağ Qaziləri” birliyinin ofisində tədbir keçirilib. Tədbirdə bir neçə Qeyri-Hökumət Təşkilatlarının rəhbərləri iştirak edib.
Tədbirdə Qarabağ əlillərinin problemindən, dövlətin bu insanların həyat şəraitin yaxşılaşdırmaq məqsədi ilə gördüyü işlərdən danışılıb. Həmçinin, əlillərin digər problemlər və onların həlli yollarından da söz açılıb.Tədbirdə “Azərbaycan Respublikasının Milli Qəhrəmanların Tanıtım İctimai Birliyi”nin sədri Elşən Uluxanlı, “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri Ədalət Məhərrəmov “Qarabağ Qaziləri” ictimai birliyinin sədri Etimad Əsədovu Qarabağ əlillərinin problemlərinin həlli istiqamətində səmərəli fəaliyyətinə və əvəzsiz xidmətinə görə plaket - diplomlarla təltif ediblər.
“Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri Ədalət Məhərrəmov “Vətən Müharibəsi Əlillər Birliyi”nin sədri, “Qarabağ Qaziləri” birliyinin sədri Firudin Məmmədovu da Qarabağ əlillərinin problemlərinin həlli istiqamətində səmərəli fəaliyyətinə və əvəzsiz xidmətinə görə plaket - diplomlarla təltif edib təltif edib.
E.Əsədov və F.Məmmədov çıxış edərək onlara verdikləri dəyərə görə hər iki təşkilat rəhbərlərinə minnətdarlıqlarını bildirib. Onlar bildiriblər ki, uzun illər ərzində göstərdikləri bütün fəaliyyətlərini təmənnasız olaraq həyata keçiriblər, bundan sonra da Qarabağ əlillərinin problemlərinin həlli üçün əllərində gələnləri edəcəklərini söyləyiblər.
QAZİLER.AZ