12 aprel ümummilli hüzn günü olacaqmı?

12 aprel ümummilli hüzn günü olacaqmı? backend

Qarabağ qazisi sözdə deyil, əməldə Qarabağsevərləri Həsən Həsənovun uyuduğu məzarlığa çağırdı...

QAZİLER.AZ Moderator.az-a istinadən xəbər verir ki, aprelin 12-də Kəlbəcərdə ata-baba yurdlarını ziyarət edərkən ermənilər tərəfindən qətlə yetirilmiş şəhid Həsən Həsənovun doğum günü ilə əlaqədar ANIM mərasimi keçiriləcək.
Bu münasibətlə Birinci Qarabağ Savaşının qazisi Vaqif Əlisoy Moderator.az vasitəsilə millətini, vətənini sevən hər kəsə müraciət edib:

"Dəyərli qazi və əlil qardaslarım, mübariz Azərbaycan gəncliyi, ürəyində Qarabağ dərdi yasadan məcburi köçkünlər və bu statusu oxuyan dəyərli dostlar, SIZƏ müraciət edirəm. Müraciət edirəm televiziya kanallarının, qəzet, saytların rəhbərlərinə və jurnalistlərə.
Dəyərli dostlar, 12 aprel 2015 -ci ildə Qarabaği dəlicəsinə sevən, onun uğrunda hər an qazi və şəhid olmağa hazır olan, sonda şəhidlik zirvəsinə ucalan Cəbrayıllı qardasımız Həsən Həşənovun doğum günüdür. Yaşasaydı 37 yaşı olacaqdı. Həsən və qardasları Dilqəm, Şahbazla birlıkdə 23 illik Qarabağ həsrətinə dözə bilmədi. Müqəddəs torpaqları ziyarətə getdi, dostları girov, özü isə ŞƏHİD olmaqla arzusuna çatdi. Şəhid o şəxsə deyılir ki, vətən, torpaq, millət və din yolunda ölüm olduğunü bilə- bilə onu şərəflə qəbul etsin. Həsəngil bunu etdi. Yoxsa hər adama şəhid demək olmaz. Hər üc şəxsi yaxşı tanıdığımdan başqa söz yazmaq istəmirəm. Girovluqda olan qardaslarımızın taleyini riskə atmamaq üçün susmağa üstünlük verirəm. Allah qoysa, Dilqəmgil azad olandan sonra danışmağa sözümüz çox olacaq və xalqımız bu mərd oğulları ilə bir daha qürur duyacaq.
Bilirsiniz indiki dürumda onlara güc və qüvvət verən nədir? Müqəddəs, minlərlə şəhid qanı ilə suvarılmış Qarabağ torpağıdır ki, əsir olsalar da o torpaqda gəzir, o torpağın havasını udur, suyunü içirlər. Yoxsa o dəhşətli işgəncələrə dözməkmi olardı?
Dəyərli dostlar, yuxarıda qeyd etdiyim kimi 12 aprel 2015-ci ildə Həsənin doğum günü ilə əlaqədar Binəqədi məzarlığında ANIM törəni keçiriləcək. Bu məqsədlə həmin tarixdə saat 11-30-da 20 yanvar metrosunun çıxışındakı Şəhidlərin abidəsinin önündə toplaşıb və sonra məzarını ziyarətə gedəcəyik. Vətənini, Qarabağı sevən hər kəs dəvətlidir. Mütəşəkkilliyimizi, birliyimizi, Qarabağ dərdimizi, Qarabağa qayıtmaq arzumuzu bu dəfə FB-də deyil, şəhid qardaşımızın, dostumuzun, balamızın məzarı başında sözdə yox, əməldə sübut edək.
Mən burda ad çəkməklə ayrı-seçkiliyə yol vermək iştəmirəm. Hər biriniz dəvətlisiniz. Ona görə orda hər birinizi görmək arzusuyla bağrıma basıb gözlərinizdən öpürəm. İmkanı olan paylaşsın ki, dostlar xəbər tutsun. Əlaqə telefonu 055 635 23 81
Allah cəmi şəhidlərimizə rəhmət etsin. Amin!
Diaspora