Kollecdə ağır xəstəliklərlə bağlı tədbir

Kollecdə ağır xəstəliklərlə bağlı tədbir backend

Bu gün Bakı Humanitar kollecində Hepatit-B və Hepatit-C, vərəm, İİV/QİÇS xəstəliklərinin yayılmasının qarşısının alınması yollarıyla bağlı tədbir keçirilib. Tədbir "Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsi çərçivəsində "Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin təşkilatçılğı ilə baş tutub. Kollecin müəllim kollektivi və 45 nəfər tələbənin qatıldığı tədbirdə "Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinin aparıcı üzvlərindən biri doktor Fikrət Xəlilov donor və layihə haqqında qısa məlumat verib, bildirib ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Onun sözlərinə görə, layihəmnin məqsədi bu xəstəliklərin yayılmasının qarşısını almağa, risklərin azaldılmasına kömək etmək, bu sahədə maarifləndirmə işləri aparmaqdır.


Layihənin ekspert həkimi Solmaz Mirzəyeva tələbələrə müasir cəmiyyətimizin bəlasına çevrilmiş olan ağır yoluxucu xəstəliklər- Hepatit B və Hepatit C, İİV/ QİÇS və vərəm haqqında danışdı, onlara bu xəstəliklərin əlamətləri, onlara yoluxma yolları və müalicə üsulları barədə məlumat verib. Bu məlumatlar tələbələr tərəfindən böyük marağa səbəb olub və buna görə də tədbir diskussiyalar şəklində davam edib.

Təlimin sonunda tələbələrə layihə çərçivəsində hazırlanan ağır yoluxucu xəstəliklər (Hepatit B və Hepatit C, İİV/ QİÇS və vərəm) haqqında bukletlər paylanılıb.