Qarabağ qazisi Füzuli Rzaquliyevin səhhəti normallaşıb

Qarabağ qazisi Füzuli Rzaquliyevin səhhəti normallaşıb backend

Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri, Qarabağ qazisi Fizuli Rzaquliyevin səhhəti normallaşıb. Bu barədə QAZİLER.AZ saytına məlumat daxil olub. Füzuli Rzaquliyev komadan çıxıb, nitqi bərpa olub, artıq görməyə başlayıb. Həkimlərin bildirdiyinə görə, o, bir ay yataq vəziyyətində qalmalıdır. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın bu igid oğlu beyinə qansızmadan komaya düşmüşdü.

Qarabağ savaşında “Koroğlu” ləqəbi ilə tanınan F.Rzaquliyev Milli Ordumuzun yaranmasında xidməti olan az saylı zabitlərimizdən biri olub.

Məşhur “Şıxov batalyonu”nun ilk yaradıcılarından, döyüşçülərindən olan F. Rzaquliyev Sarısu, Manaşid, Buzluq, Ağdərə, Kəlbəcər, Laçın, Şuşa və sairə bölgələrin müdafiəsində iştirak edib, Daşaltı əməliyyatından sağ çıxa bilmiş dəstənin komandiri olub. Uzun illərdir Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədridir.