Müharibə veteranlarının 50 manatı dekabrın 5-nə qədər tam ödəniləcək

Müharibə veteranlarının 50 manatı dekabrın 5-nə qədər tam ödəniləcək backend

Məlum olduğu kimi, noyabr ayı üçün Qarabağ əlillərinin pensiya və Prezident təqaüdləri, müharibə veteranlarının noyabr ayı üçün 50 manatlıq müavinətləri gecikdirildi. Qarabağ əlillərinin pensiya və Prezident təqaüdlərinin böyük hissəsi ödənilsə də müharibə veteranlarının 50 manatlıq müavinətləri hələ də tam ödənilməyib, yəni xeyli insan ala bilməyib. Bu da veteranlar arasında haqlı narahatçılığı səbəb oldu.

QAZİLER.AZ saytının əldə etdiyi məlumatlara görə, veteranların müavinəti dekabrın 5-dək tam ödənilib qurtaracaq. Saytın araşdırması zamanı o da məlum olub ki, bu gecikməyə səbəb Maliyyə Nazirliyidir.

QAZİLER.AZ