Azərbaycan İstiqlal Muzeyindən QAZİLER.AZ-a verilən məlumata görə, 2016-cı il noyabrın 30-da saat 12:00-da Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihənin yekun tədbir-sərgisi keçirildi.
2016-cı ildən Azərbaycan Respublikası Milli Qəhrəmanlarını bir daha anmaq məqsədilə muzeyimiz “Torpaq uğrunda ölən varsa Vətəndir!” adlı layihəyə start verib. Bu layihə çərçivəsində Azərbaycan İstiqlal Muzeyi Bakı şəhərində yerləşən bir sıra məktəblərdə, hərbi hissələrdə Milli Qəhrəmanların, onların ailə üzvlərinin iştirakı ilə sərgi-tədbirlər keçirib, onların həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş olundu.Muzeydə təşkil olunan sərgidə İsgəndər Aznaurovun, Ələkbər Əliyevin, Eldar Tağızadənin, Əfqan Hüseynovun, Ələsgər Novruzovun, Hikmət Nəzərlinin, Məzahir Rüstəmovun, Salatın Əsgərovanın, Gültəkin Əsgərovanın və digər Milli Qəhrəmanların şəxsi əşyaları nümayiş olundu.
Tədbirdə Azərbaycan İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi, Milli Qəhrəmanlar Gültəkin Əsgərovanın anası Rəfiqə Əsgərova, Elman Hüseynovun oğlu Emin Hüseynov, Natiq Əhmədovun qardaşı Möhəbbət Əhmədov, Füzuli Rüstəmovun bacısı Füqurə Rüstəmova, Ələsgər Novruzovun həyat yoldaşı Şəkibə Novruzova, Tofiq Hüseynovun qızı Yasəmən Hüseynova, Əfqan Hüseynovun həyat yoldaşı Leyla Hüseynova, Rasim İbrahimovun atası Səxavət İbrahimov, Tabil Həsənovun həyat yoldaşı Lətifə Həsənova, Yuri Kovalyovun qardaşı Vitaliy Kovalyov, Əsəd Əsədovun nəvəsi Əsəd, jurnalist, ictimai xadim Fidan Sadıxova çıxış etdilər və video çarx nümayiş olundu.
Tədbirdə Milli Qəhrəmanların dostları və ailə üzvləri, Milli Qvardiyanın əsgərləri və digər qonaqlar iştirak etdilər.