Tanınmış vəkil Aslan İsmayılov Facebook səhifəsində “SƏS” qəzetində onun oğlu ilə bağlı dərc olunan yazıya öz münasibətini bildirib.
Qaziler.az bildirir ki, vəkil yazmış olduğu statusunda sözügedən qəzetə öğlunun verdiyi cavabla cavab verib.YAP-ın aparıcı mətbuat orqanı olan “SƏS” qəzetindən bir cümlə çıxarış: “O qədər "ölkəpərvər"dir ki, məmurları övladlarını xaricdə oxutduğuna görə qınayan Aslan, oğlunu illik təhsil haqqı 25 min avro olan Almaniyanın Münhen şəhərinin Lüdviq Maksimilian Universitetində təhsil almağa göndərib”.
Yazının müəllifi olan Samir Feyruzova oğlum Ziyəddinin cavabını olduğu kimi paylaşıram:
“SƏS” qəzetinAslan Ismayilovun Lüdviq Maxilimilian Universitetində təhsil alıb, oranı əla qiymətlərlə bitirən oğlu mənəm. Və təhsil haqqım qeyd etdiyiniz kimi 25 min avro deyil, semestr üçün 118.5 avro olub. Onun da 66,5 avrosu mənim semestrlik ictimai nəqliyyat üçün biletimə çıxılıb. Özü də məni sizin övladlarınız kimi yazdırma məktublarla, dövlət xətti ilə heç kim təhsil almağa yollamayıb. Özüm, öz əziyyətimlə qəbul olub təhsilimi fərqlənmə ilə bitirmişəm.
Bilirdim ki, sizdə olan riyakarlığın həddi, hüdudu yoxdur, ancaq adamda azca da olsa kişilik olar!”

