İsraildə yanğının söndürülməsində iştirak edən FHN təyyarəsi geri qayıdıb

İsraildə yanğının söndürülməsində iştirak edən FHN təyyarəsi geri qayıdıb backend

Noyabr ayının 25-dən etibarən İsraildə yanğınların söndürülməsi əməliyyatlarına qoşulmuş Azərbaycan Fövqəladə Hallar Nazirliyinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi bu gün Bakıya qayıdıb.


FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, FHN-nin həmin təyyarəsi İsrail Dövlətinin Hökumətinin müraciəti əsasında Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, İsraildə yanğınların söndürülməsi əməliyyatlarına qoşulmuşdu. Missiyasını uğurla başa çatdıran təyyarə artıq qayıdıb.