O gecədən illər aylar ötsədə qayçaq bağlamayan yararalar qövür edir göyüm-göyüm göynəyir. Xocalı soyqırımından bəhs edən neçə-neçə kitablar filimlər ərsəyə gəlsədə indiyə qədər uşaq faciəsi ilə bağlı film ortaya qoyulmamışdır. Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyələşdirdiyi Erməni Təcavüzünün Tanidilmasi İB-nin layihəsi olan Onlar heç vaxt böyüməyəcəklər əsərinə sənədli film çəkilmişdir.
Filmdə Xocalı soyqırımı zamanı qətlə yetirilmiş 63 uşağın faciəli həyatı öz əksini tapmışdır. Bu uşaqların həmin gecə necə öldürülmələri ilə bağlı şahidlərin çıxışları Azərbaycanın bir çox rayonlarında sonluq isə Goranboy rayonunun Yuxarı Ağcakənd qəsəbəsində və Murov dağının ətəyində çəkilmişdir. 2005-ci ildə Çaşoğlu nəşriyyatında Azərbaycan ingilis rus dillərində nəşr olunan bu kitab NDB dövlətlərində eləcədə avropa ölkələrində yayımlanmışdır.63 uşağın taleyindən bəhs edən kitabın müəllifi əslən Xocalıdan olan o gecənin içərisindən keçib gələn Səriyyə Müslümqızıdır. Azərbaycanda ilk dəfə yaranan Kanal13 İnternet TV –də çəkilmiş bu filmin rejisoru Etibar Bəşirli və Əziz Orucovdur. Film S.Müslüm qızının qələmə aldığı Onlar heç vaxt böyüməyəcəklər kitabının motivləri əsasında çəkilmiş Azərbaycan ingilis dillərindədir.
Xocalı soyqırımının 25 illiyi ilə bağlı dünyanın bir çox ölkələrində tədbirlər keçiriləcək. Həmin film Xarici İşlər Nazirliyinin xətti ilə dünyadakı Azərbaycanın Fövqaladə və Səlahiyyətli səfirliklərinə göndərilərək yayımlanacaq.
Yeganə