Aprelin 13-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçəcək, fasilələrlə yağış, dağlıq ərazilərdə qar yağacaq. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, aprelin 11-də Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağış yağacağı gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.Sabah Azərbaycanın rayonlarında arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-7, gündüz 8-13, dağlarda gecə 0-5 şaxta, gündüz 1-6 dərəcə isti olacaq.