Goranboyda 28 ton mazut yola dağıldı

Goranboyda 28 ton mazut yola dağıldı backend

Bakı-Qazax magistralının Goranboy rayonu ərazisindən keçən hissəsində DAF markalı ağırtonnajlı yük maşını aşıb. BakiPost "ARB Kəpəz"ə istinadən xəbər verir ki, Borsunlu kəndi ərazisində baş verən qəza zamanı avtomobildə olan mazut yola dağılıb.


İlkin ehtimala görə, sürücü Elşad Qasımov yuxulu olduğundan idarəetməni itirib. Yük maşınında 28 ton mazut olub.

Faktla bağlı araşdırma aparılır.