28 noyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyələşdirdiyi “Elm Şənliyi” layihəsinin AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Elmi ekspozisiyası şöbəsinin İçəri Şəhərdəki Arxeologiya muzeyində ilk tədbiri keçirilmişdir. Bu barədə QAZİLER.AZ-a Müsabiqənin Təşkilat Komitəsindən məlumat verilib. Bu tədbir, “Elm Şənliyi” layihəsi üzrə nəzərdə tutulmuş elmi-populyar müsabiqənin müxtəlif Ali təhsil məktəblərinin tələbələrindən təşkil edilən yarış komandaları ilə ilkin tanışlıq məqsədilə həyata keçirilmişdi. Tədbrin açılışında layihə rəhbəri AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Orxan Zamanov layihə haqqında qısa məlumat verdikdən sonra sözü layihənin koordinatoru olan arxeoloq Pərviz Qasımova verdi.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı Pərviz Qasımov ilk öncə layihənin əsas məqsədi haqqında iştirakçıları məlumatlandırdı. Daha sonra Pərviz Qasımov iştirakçılara Arxeologiya muzeyindəki Azərbaycan arxeoloji irsini əks etdirən eksponatlarla tanış etdi. P. Qasımov ekskursiya əsnasında iştirakçılara bir çox yeni məlumatlar verdi; bu məlumatlar sırasına arxeoloji materialların Azərbaycan xalqının qədimliyinin öyrənilməsində rolu, arxeoloji yeni tədqiqat, dövrəlşdirmə, analiz metodları və.s. daxildir.
Muzeylə tanışlıqdan sonra içtirakçılara “Elm Şənliyi” layihəsinin yarım final və final mərhələsi haqqında məlumatlar verildi. Bundan sonra tədbir iştirakçıları kollektiv xatırə şəkili çəkdirdilər.





Müsabiqənin Təşkilat Komitəsi
https://www.facebook.com/scienceparty2016/
[email protected]
Mobil: 055 854 41 65