Hüseynqulu Bağırov xalası oğlunun milyonluq obyektini dağıtdı - FOTO

Hüseynqulu Bağırov xalası oğlunun milyonluq obyektini dağıtdı - FOTO backend

Sumqayıt Apellyasiya Məhkəməsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əleyhinə qərar qəbul edilib.

Qaziler.az BakiPost.az-s istinadən xəbər verir ki, nazirliyin məhkəmə qərarını gözləmədən söküntü işləri aparması, sahibkarın fəaliyyətinə qadağa qoyması ikinci instansiya məhkəməsi tərəfindən qanunsuz hesab edilib. Məlum olub ki, Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun şəxsən göstərişi ilə Qəçreş kəndində yerləşən və Qubanın məşhur istirahət məkanlarından olan "Orman” istirahət mərkəzi ağır texnika ilə nazirliyin əməkdaşları tərəfindən dağıdılıb. Nazirlik əməkdaşları məhkəmə qərarı olmadan bu addımı atıblar. Sonradan isə Quba rayon Məhkəməsinin həmin ərazidə iaşə xidmətini qadağan edən qərar qəbul edib.

Bu söküntülərdə təxminən 1 milyon manat civarında ziyan vurulan sahibkar Abbas Zeynalov apellyasiya şikayəti verib. Məhkəmədən daxil olan materiallardan görünür ki, o, şikayətində bir çox tutarlı faktlar təqdim edib.