Noyabrın 11-də Bakıda Bakıxanov qəsəbəsində gözdən əlil hərbi pensiyaçı,Tərtər rayonunda doğulan, Gəncədə qeydiyyatda olan, öhdəsində 4 və 5 yaşında 2 körpə uşaq atası Elyar İsmayılov həbs edilib. Onun həbsinə səbəb kimi 168 min manatlıq gəlir qazanma və vergidən yayınma ittihamı irəli sürülüb.
Bu barədə QAZİLER.AZ-a DİN-in 1-ci qrup Qarabağ əlili, jurnalist Məğrur Bədəlsoy məlumat verib. Onun bildirdiyinə görə, hazırda gözdən əlil Elyar İsmayılovun təzyiqi 250-yə yüksəlib və onun həyatı üçün təhlükəli vəziyyət yaranıb.Həbs ediilən gözdən əlilin həyatı təhlükədədir

