Xarici QHT-nin filial və nümayəndəlikləri maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatı hesablama metodu əsasında təqdim edəcək Nazirlər Kabineti “Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi qaydası”nda dəyişikliklər edib.
APA-nın məlumatına görə, qaydaya edilən əlavəyə əsasən, bundan sonra maliyyə fəaliyyəti qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin nizamnaməsinə (əsasnaməsinə) uyğun olaraq müəyyən edilmiş məqsədlərə nail olmaq üçün malların satılması, xidmətlərin göstərilməsi və (və ya) işlərin görülməsi nəticəsində pul vəsaitlərinin (və ya onun ekvivalentlərinin) əldə edilməsi, istifadəsi və idarə edilməsi üzrə ilkin uçot sənədləri əsasında əməliyyatların aparılmasıdır.Əsas fondlar təsərrüfat fəaliyyətində əmək vasitəsi kimi istifadə müddəti bir ildən artıq olan, istismar zamanı öz formasını dəyişməyən, lakin köhnəlməyə məruz qalan malların istehsalı, işlərin görülməsi və xidmətlərin göstərilməsi və ya onun idarə olunması məqsədləri üçün əldə edilmiş, habelə təsərrüfat üsulu ilə yaradılmış aktivlər, hesablama metodu əməliyyatların, digər hadisə və şərtlərin onların baş verdiyi zaman (pul vəsaitinin və ya onun ekvivalentinin alınması və ya ödənilməsi zamanı deyil) uçota alınmasıdır. Dəyişikliyə əsasən indiyə qədər qüvvədə olan xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında və pul vəsaitlərinin hərəkəti haqqında hesabat normaları ləğv edilib. Bu, illik maliyyə hesabatlarının məzmununun dəyişdirilməsi ilə əlaqədardır. İndiyə qədər qeyri-hökumət təşkilatlarının maliyyə vəziyyəti haqqında hesabatına torpaq, tikili və avadanlıqlar, investisiya əmlakı, qeyri-maddi aktivlər, maliyyə aktivləri, mal-material ehtiyatları, qeyri-birja əməliyyatlarından əldə edilən daxilolmalar (üzvlük haqqı, ianələr və s.), birja əməliyyatlarından əldə edilən debitor borclar, pul vəsaitləri və onların ekvivalentləri, ödənilməli olan mənfəət vergisi, qeyri-birja əməliyyatları çərçivəsində kreditor borcları (vergilər və kreditor rüsumlardan fərqli olan), birja əməliyyatları çərçivəsində kreditor borcları, qiymətləndirilmiş öhdəliklər, maliyyə öhdəlikləri, xalis aktivlər (kapital) əks etdirən maddələr daxil olub. Bundan sonra qeyri-hökumət təşkilatlarının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin maliyyə vəziyyəti haqqında hesabatlarına uzunmüddətli aktivlər, qısamüddətli aktivlər, xalis aktivlər (kapital), uzunmüddətli öhdəliklər, qısamüddətli öhdəliklər əks etdirən maddələr daxil ediləcək.
Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat da fərqli olacaq. İndiyə qədər maliyyə fəaliyyətinin nəticələri haqqında hesabata gəlir, xərclər, kommersiya fəaliyyəti üzrə mənfəət və ya zərər, .2.4. kommersiya fəaliyyəti üzrə mənfəət vergisi, qeyri-kommersiya fəaliyyəti üzrə artıqlıq (profisit) və ya kəsir (defisit) əks etdirən maddələr daxil edilib. Dəyişikliyə əsasən bundan sonra qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatı hesablama metodu əsasında təqdim edəcək. Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabata cəmi gəlirlər, cəmi xərclər, ümumi mənfəət (zərər) əks etdirən maddələr daxil ediləcək. Bununla bərabər, indiyə qədər qüvvədə olan xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında və Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın məzmunu haqqında hesabatların məzmunu ilə bağlı hissələr ləğv edilib.
Qaydalarda “Əhəmiyyətli uçot siyasəti və qeydlər” bölməsindən xalis aktivlərdə (kapitalda) dəyişikliklər haqqında hesabatda və ul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilmiş bütün maddələrlə bağlı açıqlamanın əks olunması barədə tələblər də qüvvədən düşüb. Əvəzində yeni tələblər müəyyənləşib. Bundan sonra qeyri-hökumət təşkilatlarının əhəmiyyətli uçot siyasəti və izahlı qeydlərində qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən əldə edilmiş hər bir qrant üzrə qrant müqaviləsinin qeydə alınması barədə məlumat, donorun və qrant layihəsinin adı, müddəti, qrant vəsaitinin ümumi məbləği və hesabat dövründə köçürülən hissəsi və qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin nizamnamə kapitalının ilkin məbləği və nizamnamə kapitalına əlavə edilmiş sonrakı qoyuluşlar barədə məlumatlar (o cümlədən nizamnamə kapitalına qoyuluş edən şəxslər barədə məlumatlar) açıqlanmalıdır.
İndiyə qədər qeyri-hökumət təşkilatları üzrə illik maliyyə hesabatları hesabat dövrü başa çatdıqdan sonra növbəti ilin aprel ayının 1-dən gec olmayaraq, Maliyyə Nazirliyinə təqdim edilməli idilər. Növbəti dəyişikliyə əsasən müddət dəyişməsə də, hesabatların təqdim edilən zaman hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat üzrə mövcud qalıqların istifadəsinin və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat üzrə dəyişikliyin olmaması barədə arayış, hesabat dövrü ərzində maliyyə fəaliyyəti olan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri tərəfindən maliyyə vəziyyəti haqqında hesabat, maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat və əhəmiyyətli uçot siyasəti və izahlı qeydlə də təqdim edilməlidir. Maliyyə Nazirliyi buna uyğun olaraq uyğun olaraq təqdim edilmiş arayışlara əsasən hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri barədə məlumatları hər il iyunun 1-dək Ədliyyə Nazirliyinə və Vergilər Nazirliyinə təqdim etməlidir. Maliyyə Nazirliyi təqdim olunmuş arayışlara əsasən fəaliyyətini dayandırmış və bərpa etmiş qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri barədə məlumat əldə etdiyi təqdirdə, həmin məlumatları hər il iyunun 1-dək Ədliyyə Nazirliyinə və Vergilər Nazirliyinə təqdim etməlidir.
Dəyişikliklərlə əlaqədar Nazirlər Kabineti maliyyə vəziyyəti haqqında və maliyyə fəaliyyətinin nəticələri haqqında hesabatların yeni formalarını da təsdiqləyib.