FHN-nin təyyarəsi meşə yanğınlarına kömək üçün İsrailə yola düşdü

FHN-nin təyyarəsi meşə yanğınlarına kömək üçün İsrailə yola düşdü backend

Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə meşə yanğınlarına kömək etmək üçün lazımi yanğınsöndürmə avadanlıqları ilə birgə bu gün günorta saatlarında İsrail Dövlətinə yola düşüb. Bu barədə Lent.az-a FHN-nin mətbuat xidmətindən bildirilib.

İsrail Dövlətinin Hökuməti bu ölkədə tüğyan edən meşə yanğınları ilə əlaqədar müvafiq köməkliyin göstərilməsi üçün Azərbaycan Hökumətinə müraciət edib.

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarənin müvafiq yanğınsöndürmə avadanlıqları ilə İsrailə göndərilməsi üçün hazırlıq işlərinə başlanılıb.
FHN-nin təyyarəsi lazımi yanğınsöndürmə avadanlıqları ilə birgə bu gün günorta saatlarında İsrail Dövlətinə yola düşüb. .