“Bakıda peyda olan süni yumurtaları çinlilər özü yumurtlayıb”

“Bakıda peyda olan süni yumurtaları çinlilər özü yumurtlayıb” backend

Tanınmış jurnalist ölkəmizə yol tapan süni yumurtalarla bağlı satirik status yazdı

Xəbər verildiyi kimi, Azərbaycana Çində süni yolla hazırlanmış yumurtalar daxil olub. Bu süni yumurtalar hətta bazarlara da yol tapa bilib. Bakı Şəhər Baytarlıq İdarəsi də faktı təsdiqləyib. Məsələ ilə bağlı rəsmi açıqlama verən Dövlət Gömrük Komitəsindən isə bildirirlər ki, Çindən Azərbaycana, ümumiyyətlə, yumurta gətirilmir.

Neçə gündür hamını bu məslə düşündürür: Görəsən onda bu süni yumurtalar Azərbaycan bazarına necə yol tapıb?

QAZİLER.AZ saytı xəbər verir ki, tanınmış jurnalist, “Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədlinin məsələyə yanaşması diqqət çəkir:

“Rəsmi qurumlar deyir ki, ki necə gətirib, bilmirik. Men deyim de, yəqin Bakıdakı çinlilər özü yumurtlayır bunu, başqa variant olammaz, bizim mafioz iş adamları belə iş görmez. ))))
Nə günlərə qaldıq...” - deyə, E.Məmmədli özünün facebook səhifəsində yazıb.

QAZİLER.AZ