Bakıda 50 mərtəbəli iş mərkəzi istifadəyə veriləcək

Bakıda 50 mərtəbəli iş mərkəzi istifadəyə veriləcək backend

"AZİNKO HOLDİNQ" 2017-ci ildə Bakıda 50 mərtəbəli iş mərkəzini istifadəyə verəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə holdinqdən məlumat verilib.


“Binanın inşasına 2013-cü ildə başlanılıb. Hazırda 49-cu mərtəbənin inşası davam edir. Bina gələn il istifadəyə veriləcək", - deyə məlumatda bildirilir.

Mərkəz Heydər Əliyev prospekti, 109 ünvanında inşa edilir. Mərkəzin ümumi sahəsi 83, 632 min kv.m təşkil edəcək.

2006-cı ildən fəaliyyətə başlayan“AZİNKO HOLDİNQ” MMC-nin tərkibinə tikinti üzrə fəaliyyət göstərən 5 şirkət daxildir.

Holdinq yaşayış binaları, otellər, biznes və ticarət mərkəzləri, xəstəxanaların tikinti işləri ilə məşğuldur.