Naxçıvan-Məşhəd sərnişin elektrik qatarı bu ayın sonunda işə düşəcək

Naxçıvan-Məşhəd sərnişin elektrik qatarı bu ayın sonunda işə düşəcək backend

Naxçıvan-Məşhəd dəmir yolu marşrutu ilə sərnişin elektrik qatarı bu ayın sonunda işə düşəcək. AZƏRTAC xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında deyib.


O bildirib ki, Naxçıvan-Məşhəd sərnişin elektrik qatarı noyabrın 27-30 tarixlərində yola düşəcək.

Qeyd edək ki, Naxçıvan-Məşhəd sərnişin elektrik qatarının hərəkət marşrutu müəyyən edilib və sərnişinin qatarının heyəti üçün İran tərəfinə artıq 3 vaqon təqdim edilib.