Sosial sığınacaqlar fəaliyyətə başlayıb

Sosial sığınacaqlar fəaliyyətə başlayıb backend

Diqqət! Havaların soyumasıyla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz rayonlarına qayıda bilməyən, evlərindən uzaqda açıq havada işləyən, daimi yaşayış yerləri olmayan, ilk tibbi yardıma və (ya) isti yerə ehtiyacı olanlar üçün müvəqqəti sığınacaq yerləri təşkil edib. Bu sığınacaqlar şaxtalar bitənədək fəaliyyət göstərəcək.

Bu insanların internetdən və ya tv-dən istifadə imkanları yoxdur, və nəticə etibarıyla da çox zaman onları qəbul edəcək, onlara yardım edəcək yerlərin varlığından xəbərləri belə olmur.

Küçədə soyuqdan donan insanlar gördükdə, onlara yaxınlaşıb belə yerlərin mövcudluğundan xəbərləri olub olmadığını soruşaq.

Bildilər, bilmədilər, aşağıdakı ünvanlardan ən yaxınını onlara verin:

1. Nərimanov r-nu- Yaşıl bazarın yaxınlığında, Xətai pr. 11

2. Nəsimi r-nu - Nəsimi bazarının yaxınlığında, Süleyman Rüstəm küç. 69

3. Nizami r-nu - Xalqlar dostluğu m-nun yaxınlığında, Qara Qarayev küç. 118

4. Xətai r-nu - Bakı kinoteatrının qarşısı, Sarayevo küç. 20

5. Yasamal r-nu - Xiyabani küç. 211

Həmçinin siz evsiz-eşiksiz birini yolda gördükdə qaynar xəttə- 142-yə zəng edib məlumat verə bilərsiniz.