Yollar buz bağladı - Avtomobillərin hərəkəti iflic oldu

Yollar buz bağladı - Avtomobillərin hərəkəti iflic oldu backend

Ötən gecədən başlayan və hazırda da davam edən şaxtalı hava şəraiti səbəbindən bu səhər paytaxtın bəzi küçə və prospektlərində yolun hərəkət hissəsi buz bağlayıb. Bakı Nəqliyyat Agentliyindən (BNA) BakiPost.az-a verilən məlumata görə, yolların buz bağlaması səbəbindən hazırda Böyükşor qovşağından 20 yanvar dairəsi istiqamətində, xüsusilə Ziya Bünyadov prospektində yerləşən körpülərdə və tunellərdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.


Yolların buz bağlaması səbəbindən analoji vəziyyət Şərifzadə küçəsində də müşahidə edilir.

Bununla yanaşı 20 yanvar dairəsi Tibilisi prospekti şəhər istiqamətində, Yusif Səfərov küçəsi şəhər istiqamətində və Babək prospekti şəhər istiqamətində də avtomobillərin hərəkətində sıxlıq var.