“Yaddan çıxmaz Qarabağ” 4 əcnəbi dildə

“Yaddan çıxmaz Qarabağ” 4 əcnəbi dildə backend

Qaziler.az Gənclər və İdman Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycan Maarifçi Gənclər

Təşkilatının (AMGT), Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Yaddan çıxmaz Qarabağ” kitabı 4 dilə tərcümə olunub. Kitabın rus, türk, ingilis və alman dillərinə tərcümə edilməsini reallaşdıran layihənin məqsədi Qarabağ həqiqətlərinin dünyada tanıdılmasına nail olmaqdır. Nəşrin tərcüməsi təbliğatla yanaşı həm də əcnəbi mütəxəssisləri Qarabağ həqiqətlərinin düzgün tədqiqatına da cəlb edə bilər. Kitabda Qarabağı görməyən 22 gəncin xəyal dünyasındakı ata-baba yurdlarından təsirli söhbətlər yer alır. Qeyd edək , Günay Malikqızının müəllifi olduğu “ Yadda çıxmaz Qarabağ” Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə ilk dəfə Azərbaycan dilində nəşr olunub. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində AMGT “ Qaçqın və məcburi köçkün gənclər arasında mənəvi bağların qorunub saxlanmasına və inteqrasiyanın gücləndirilməsinə dəstək” adlı layihənin məhsulu olan nəşrdən müxtəlif rayonlarda yaşayan və bir-biri ilə sıx əlaqəsi olmayan qaçqın və məcburi köçkün gənclər bəhrənələniblər. Müəllif, jurnalist Günay Malikqızı köçkün həyatı yaşayan 22 gənclə tək-tək görüşərək onların xatirələrini qələmə alıb. Nəticədə belə bir fikir ortaya çıxıb: “ Ermənilər bu gənclərin təkcə torpaqlarını deyil, uşaqlıq xatirələrini də oğurlayıblar. Vaxt gələcək bu mənəvi oğurluğa görə də ermənilər cavab verəcəklər” “Yaddan çıxmaz Qarabağ” ın 4 dilə tərcümə olunan nüsxələrinin yayımı da nəzərdə tutulur. Yaxın günlərdə bu nəşrlər ölkədə fəaliyyət göstərən xarici səfirliklərə təqdim olunacaq.
Diaspora