Azərbaycanın əsas magistrallarında SON DURUM: yol polisi sürücülərə müraciət etdi

Azərbaycanın əsas magistrallarında SON DURUM: yol polisi sürücülərə müraciət etdi backend

Dünən axşamdan başlayaraq ölkədə qarlı-havalı hava şəraitinin hökm sürməsi bir sıra yollarda hərəkəti çətinləşdirib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, hazırda ölkənin əsas magistral yollarında buzlaşma var. Sürücülər xüsusi ilə Bakı-Quba-Rusiya sərhədi yolunun Xızıdan keçən hissəsində, Bakı-Ələt-Astara magistralının Qaradağ rayonundan keçən hissəsində, Bakı-Şamaxı yolunda, Şamaxı-İsmayıllı istiqamətində ehtiyatlı olmalıdırlar.


Qurumdan verilən məlumata görə, hazırda bağlanan yol yoxdur, lakin müəyyən yerlərdə buzlaşma var və qar yağmaqda davam edir. Odur ki, sürücülər avtomobillərin texniki sazlığına əmin olmalı, sürət həddini düzgün seçməli, qış şinlərindən istifadə etməlidirlər.