“Bakı 2015“ zamanı spirtli içki satılmayacaq

“Bakı 2015“ zamanı spirtli içki satılmayacaq backend

“I Avropa Oyunları ərəfəsində spirtli içki satışına qadağa qoyulacaq”. Bunu “Günə Baxan” verlişinə qonaq “Bakı-2015”in səfiri Hacı Nuran deyib. O bildirib ki, bu qərara Avropa Oyunlarının Əməliyyat Komitəsi gəlib.

Buna səbəb isə Avropa Oyunlarının keçirilmə tarixinin Ramazan ayına təsadüf etməsidir. Belə ki, Avropa Oyunlarının keçirildiyi yaxın ərazidə spirtli içki satılmayacaq. Yəni, heç kəs spirtli içkidən istifadə edə bilməyəcək.

Oyunlarn elçisi seçilən aparıcı açıqlayıb ki, Avropa Oyunları biletinin 10%-dən çoxu artıq satılıb. Onlayn əldə edilən biletlər loteriyada iştirak etmək hüququ qazanacaq. Yaşı 16-dan aşağı olan və fiziki qüsurlu insanlar üçün bilet pulsuz olacaq. Həmçinin fiziki qüsurlu insanlara xidmət edəcək avtobuslar da artıq hazırdır. Bundan əlavə hər idman növü üzrə roliklər çəkilir.

Qeyd edək ki, Azərbaycanda keçiriləcək I Avropa Oyunları iyunun 11-də başlayıb 28-də bitəcək.
Diaspora