Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədri, Qarabağ qazisi Fizuli Rzaquliyevin səhhəti pisləşib.
QAZİLER.AZ xəbər verir ki, bu barədə F.Rzaquliyevin qardaşı Xaqani Rzaquliyev öz facebook səhifəsində bildirib. Saytın əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl evdə səhhəti pisləşən F.Rzaquliyev çox kritik anlar yaşayıb. Hazırda onun vəziyyət ağır stabil olaraq qalır. Onu vəziyyəti o qədər ağırdır ki, həkimlər onu çarpayısından tərpənməyə də icazə vermirlər.Xatırladaq ki, Qarabağ savaşında “Koroğlu” ləqəbi ilə tanınan F.Rzaquliyev Milli Ordumuzun yaranmasında xidməti olan az saylı zabitlərimizdən biri olub.
Məşhur “Şıxov batalyonu”nun ilk yaradıcılarından, döyüşçülərindən olan F. Rzaquliyev Sarısu, Manaşid, Buzluq, Ağdərə, Kəlbəcər, Laçın, Şuşa və sairə bölgələrin müdafiəsində iştirak edib, Daşaltı əməliyyatından sağ çıxa bilmiş dəstənin komandiri olub. Uzun illərdir Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin sədridir.
“Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov və “Qaziler.az” saytının kollektivi Qarabağ döyüşçüsünə uca yaradanda şəfa diləyir! Allah köməyi olsun!
QAZİLƏR.AZ

