I Avropa Oyunları zamanı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində iş saatı dəyişdiriləcək.
Bu barədə AZƏRTAC-a “Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.Nəsimi Paşayev bildirib ki, I Avropa Oyunları zamanı sərnişinlərin rahat hərəkətinin təşkil edilməsi məqsədilə iyunun 12-dən 28-dək metroda iş saatı 01: 00-a qədər artırılacaq. I Avropa Oyunlarının açılış və bağlanış günü isə metronun iş saatı gecə saat 02:00-a qədər uzadıla bilər.
Xatırladaq ki, hazırda metro səhər saat 6-dan gecə saat 12-yə kimi işləyir.