Ələt-Astara magistralı bağlandı - İNANILMAZ QƏZA

Ələt-Astara magistralı bağlandı - İNANILMAZ QƏZA backend

Lənkəran rayonunun Liman şəhərində yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, Ələt-Astara magistralının Liman şəhərindən keçən hissəsində “Ford” markalı minik avtomobili ilə ZİL markalı benzin daşıyan maşınla toqquşub.


Güclü zərbədən ZİL markalı maşın aşıb, benzin yola dağılıb.

Hazırda Ələt-Astara magistralı bağlanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib, yola dağılan yanacağın təmizlənməsi üçün tədbirlər görülür.