Nüfuzlu dövlət tədbirində KURYOZ OLAY...

Nüfuzlu dövlət tədbirində KURYOZ OLAY... backend

Dünən "Four Seasons" Hotelində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi Beynəlxalq Tolerantlıq Gününü təntənəli şəkildə qeyd edib. Tədbirdə Milli Məclisin deputatları, diplomatik korpusun nümayəndələri, elm, mədəniyyət xadimləri və dini icmaların təmsilçiləri iştirak ediblər. Tədbirlə bağlı Moderator.az-a mötəbər mənbələrdən saytımıza maraqlı məlumat daxil olub:


“Yüksək səviyyədə təşkil olunmuş Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbirə dəvət olunanlar sırasında Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva da var idi. Tədbir təşkilatçıları onu yüksək ədəb və səmimiyyətlə rektorlar üçün ayrılmış masaya dəvət etdilər. Lakin Nurlana xanım heç 5 dəqiqə oturmamış dözümsüzlük nümayiş etdirərək tədbiri tərk etdi. O, tədbiri tərk etməsini ona olan sayğısızlıqla əlaqələndirərək belə bir ağılasığmaz hərəkətə yol verdi. Halbuki sonradan bəlli oldu ki, həmin masa həqiqətən rektorlar üçün ayrılıbmış və az sonra İqtisad Universitetinin rektoru Ədalət Muradov, Pedaqoji Universitetin rektoru Cəfər Cəfərov, Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Qafqaz Universitetinin rektoru Havar Məmmədov, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov həmin masada əyləşiblər. Tədbirdə Azərbaycanda multikultural ənənələrinin və dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə bir qrup şəxsin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı oxunub və Sabir Həsənliyə, Füzuli Əliyevə, Simax Yuşvayevə, Seqal Şneora və Aleksandr Nesterova “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim edilib.

Bu cür mötəbər hökumət tədbirini Nurlana Əliyevanın nümayişkarənə tərk etməsi hamıda təəccüb doğurdu. Xanım rektorun bu hərəkəti onu göstərdi ki, onun şəxsi ambisiyası dövlət maraqlarını qat-qat üstələyir. Mənbəmiz daha sonra yazır: “Həmin tədbirdə Nurlana Əliyevadan başqa hamı tolerant idi. Lakin onun qeyri-tolerantlığı bu tədbirin ahənginə zərrə qədər təsir göstərmədi”.