Hərbçilərimiz Ermənistan ordusuna məxsus PUA-nı məhv etdi

Hərbçilərimiz Ermənistan ordusuna məxsus PUA-nı məhv etdi backend

Noyabrın 14-ü axşam saatlarında cəbhənin Tərtər rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq atəşlə məhv edilib.

QAZİLER.AZ bildirir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin saytı məlumat yayıb.