Bu gün Azərbaycan-Türkiyə Gənclərinin Dostluq Cəmiyyətinin və Hüseynqulu Sarabski adına mədəniyyət evinin təşəbbüsü ilə Bakı Türk Anadolu Liseyində Azərbaycanın ilk hərbi diktoru və vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının görüşü keçirilib.
Tədbiri giriş sözü ilə Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Abdulgafur Büyükfırat açıb.O, 1918-ci ildən bəri Türkiyə-Azərbaycan əlaqələrindən və bu iki xalqın müstəqillik mücadiləsindən danışıb. O, həmişə ağır günlərdə Türkiyə və Azərbaycanın bir-birinin yanında olduğunu bildirib.
Görüşdə Şəmistan Əlizamanlı vətənpərvər ruhlu mahnılar ifa edib. Həmçinin, şagird və tələbələrin suallarını cavablandırdı. Şəmistan Əıizanalının ifalarını gənclər gur alqışlarla qarşılayıb.
Daha sonra Nuraqy adlı 6 yaşlı qız Şəmistan Əlizamanlının İgid Əsgər mahnısını ifa edib.
Bütövlükdə tədbir böyük ruh yüksəkliyi və coşğu ilə keçib. Tədbirdə Qarabağ Qaziləri İctimai Birliyinin Mətbuat Xidmətinin rəhbəri, Qarabağ qazisi Rey Kərimoğlu və Vətən Müharibəsi Əlilləri Birliyinin sədri, Qarabağ Qaziləri Birliyinin sədr müavini Firudin Məmmədov və digərləri iştirak edib.