Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının Van əyalətindəki şöbəsinə bombalı hücum edilib. BakiPost.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, hücum zamanı binaya xeyli ziyan dəyib. Hadisə gecə saat 03.00 radələrində olub. Bombalı hücum zamanı binada heç kim olmasa da, partiyanın əyalət şöbəsi yararsız hala düşüb. Hücum zamanı ölən və yaralanan olmayıb.
Partiya üzvü İbrahim Vanlı hücum xəbərini təsdiqləyib: "Hadisə baş verdikdən yarım saat sonra xəbərimiz oldu. İşçilər partlayış səsi eşidiblər. Amma kimlərin bu hücumu həyata keçirdiyini görməyiblər. Hadisə gecə olduğu üçün itkimiz yoxdur”.Ərdoğana məxsus ofis partladıldı

