Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutunun adının dəyişdirilməsi və “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 13 iyun tarixli 349 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.
Qaziler.az bildirir ki, APA-nın məlumatına görə, sənədə əsasən Təhsil Problemləri İnstitutu bundan sonra Azərbaycan Respublikasının Təhsil İnstitutu adlanacaq.Fərmanla əlaqədar Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyi müvafiq tapşırıqlar verilib.