12 noyabr 2016-cı il tarixdə AMEA Mərkəzi Elmi Kitabxanasınnda (MEK) Bakı Slavyan Universitetinin tələbələri ilə görüş keçirilib.
Görüşdə Vikipediya Elektron Ensiklopediyasının Azərbaycan gəncliyi arasında təbliğatı məsələsi və gənclərin bu sahədə olan biliklərinin, bacarıqlarının artırılması müzakirə edilib. MEK-in Sərbəst elektron resursları ilə iş bölməsinin əməkdaşlarının, Bakı Slavyan Universitetinin "Viki-Mərkəzin"in rəhbəri Zəhra Dadaşzadənin və universitetin tələbələrinin iştirakı ilə keçirilən görüşdə gələcəkdə hər iki qurumun təşkilatçılığı ilə təlimlər, seminlarlar və praktiki görüşlərin müntəzəm təşkil edilməsi qərarlaşdırılıb. Məlumat üçün bildirək ki, MEK-in bu istiqamətdə fəaliyyəti Bakı Dövlət Universitetinin tələbələri ilə də baş tutub.Mərkəzi Elmi Kitabxanada Vikipediya ilə bağlı görüş keçirilib

